Əvvəllər banka depozit qoymaq dəb olsa da, hazırda əhali arasında bu sektora inam azalıb. İnsanlar artıq vəsaitlərini bankda yox, evdə yastığın altında saxlayır.
Maraqlıdır, vətəndaşlar öz vəsaitlərini evdə yoxsa bankda saxlasa, bu, onlar üçün daha təhlükəsiz və əlverişli sayılır?
İqtisadçı Eyyub Kərimli bu barədə “Yeni Sabah”a açıqlama verib. Bildirib ki, banklara yatırılan vəsaitlərdə düşünülənin əksinə, artım müşahidə olunur: pizza hut
“Əslində, “əhali arasında banka inam azalıb” ifadəsi ilə mən tam razı deyiləm. Çünki statistik rəqəmlərə əsasən, hər il ölkədə banklarda əhaliyə məxsus olan depozitlərin həcmində artım müşahidə olunur. Bu ilin altı ayında da artım 5 faizə yaxınlaşıb. Sözügedən statistika onu deməyə əsas verir ki, əhali hər il banklara müəyyən vəsait yatırır. Düzdü, banklarda 8 milyarddan daha çox depozit olmağına baxmayaraq, insanların yarıdan çoxu pulunu evdə saxlayır. Bunun bir neçə səbəbi var. Onlardan biri banklara riskli yatırım forması kimi baxılması, digəri isə bəzi insanların qeyri-qanuni yolla gəlir əldə etməsidir. Başqa bir tərəfdən isə, depozitlərə gələn faizə artıq vergi tətbiq edilib. Bu da öz təsirini müəyyən qədər göstərir”.
Ekspert qeyd edib ki, banklara depozit qoymaq bir o qədər də əlverişli investisiya növü deyil:
“Çünki bizdə bankların faizi sabitdir, çox deyil. Lakin yaxşı olar ki, əhali öz vəsaitini başqa sahələrə qoysun, məsələn, iqtisadiyyata yatırım etsin. Banklara qoyulan vəsait passiv gəlir formasıdır. Bu da həmişə minimum gəlirdi. Əslində, banklarda verilən faiz gəlir deyil. Sadəcə, vəsaitin dəyərdən düşməsinin beləliklə qarşısı alınır. İnfilyasiyanın təzyiqlərini azaldır. Ancaq bu gəlir olaraq sayılmır. Amma Azərbaycanda digər investisiya alətləri də azdır. Həmişə vurğulamışam, qiymətli kağızlar, səhm bazarıdır ki, insanlar burada fəaliyyət göstərə bilmirlər. Daha çox rəqəmsal birjalara yatırım edirlər. Bu da vəsaitin ölkədən çıxmasına səbəb olur.
Azərbaycanda əsas investisiya aləti daşınmaz əmlak sayılır. Çox vaxt insanlar bunu daha sabit yatırım sahəsi sayırlar. Müxtəlif evlər alaraq, kirayə verirlər. Əlbəttə ki, bunun üçün biznes mühiti daha da yaxşılaşdırılmalıdır. Ölkədə rəqabət bazarı şəffaf formalaşdırılmadır. Təbii rəqabət forması müəyyənləşməlidir. Bu halda insanlar daha çox maraq göstərəcəkdir”.
Aytac Şahin
Telegram kanalımız