Putin: “90-cı illərdə taksi sürücüsü işləyirdim“

saytların hazırlanması

Evə çatdırılma

Putin: “90-cı illərdə taksi sürücüsü işləyirdim“

Maraqlı

12 Dekabr 2021 09:00 1133


Prezidenti Vladimir Putin 1990-cı illərdə şəxsi sürücü kimi bəzən əlavə pul qazanmalı olduğunu etiraf edib.

Yenisabah.az xəbər verir ki, dövlət başçısının sözlərini “Rossiya 24” telekanalı “Müasir tarix” filmindən sitat gətirib.

Həmin illərdə ölkənin ağır iqtisadi vəziyyətini təsvir edən teleaparıcı bir çox ixtisaslı mütəxəssislərin çətinliklə çörək qazandığını qeyd edib. Toyuqlu pizza

"Bəzən taksi sürücüsü kimi əlavə pul qazanmalı olurdum. Bu barədə danışmaq xoşagəlməzdir, amma təəssüf ki, bu belə idi", - Putin deyib.

Qeyd edək ki, Vladimir Putin daha əvvəl Andrey Kondraşovun sənədli filmində demişdi ki, Anatoli Sobçak mer seçkilərində məğlub olduqdan, meriyadan işini tərk etdikdən sonra Sankt-Peterburqda taksi sürücüsü kimi pul qazanmağa hazır idi.

Prezident vurğulayıb ki, 1990-cı illərin sonlarında Prezident Administrasiyasından Moskvaya işləmək təklifi alanda, başqa iş olmadığına görə onu qəbul etməyə bilməzdi. (Report)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!