Putin Allahşükür Paşazadəni təltif etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin Allahşükür Paşazadəni təltif etdi

Siyasət

14 Noyabr 2019 11:27 1249


Rusiya Prezidenti Vladimir Putin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi münasibəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəni ölkəsinin Fərqlənmə Nişanı ilə təltif edib.

"Yeni Sabah"ın xəbərinə görə, Dünya liderlərinin II Bakı Sammitində iştirak edən Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Rusiyanın ali dövlət mükafatını Allahşükür Paşazadəyə təqdim edib.

Bildirilib ki, A. Paşazadə tolerantlıq və dözümlülüyün artırılması, habelə dini və mədəni sahədə xalqlar arasında etimad mühitinin yaradılması üçün göstərdiyi səylərə görə təltif olunub. pizza sifarişi

V. Putin Allahşükür Paşazadəyə təbrik məktubu da ünvanlayıb. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!