Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında planlaşdırılan görüşün taleyi sual altındadır.
Ərdoğan Suriya ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün martın 5-dən gec olmayaraq, Putinlə görüşəcəklərini bəyan etsə də, Rusiya rəsmiləri bu məsələyə bir qədər soyuq yanaşırlar.
Türkiyə mətbuatının yazdığına görə, Rusiya tərəfi iki liderin görüşünə bir o qədər də isti yanaşmır. Kremlin sözçüsü Vladimir Peskov "Röyter" agentliyinə verdiyi açıqlamada Putin-Ərdoğan görüşü üçün hər hansı hazırlıq görülmədiyini bildirib.
V.Peskov həmçinin Suriya məsələsini Almaniya və Fransa liderləri ilə müzakirə etməyə lüzum görmədiklərini də dilə gətirib.
Yenisabah.az Telegram kanalımız