Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etdi -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etdi - Fotolar

Siyasət

22 Noyabr 2019 18:09 2055


Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim edib.

"Yeni Sabah" xəbər verir ki, RİA-nın məlumatına görə, Putin M.Əliyevaya dövlət mükafatını Novo-Oqaryovadakı iqamətgahında təqdim edib.

Putin bu mükafatın təqdim olunmasını məntiqli qərar adlandırıb: pizza hut

“Bu mükafat təkcə bura gəldiyinizə və Azərbaycanın ən yüksək vəzifəli şəxslərindən biri olduğunuza görə deyil. Bu, işinizlə, fəaliyyətinizlə, dövlətlərarası münasibətləri bugünkü yüksək səviyyədə saxlamağınızla əlaqəlidir və biz bunu çox yüksək qiymətləndiririk”.

Putin qeyd edib ki, ordenin adı Mehriban Əliyevanın Rusiya-Azərbaycan münasibətlərindəki rolunu göstərir.

Mehriban Əliyeva Putinin onu Rusiyanın əsl dostu adlandırmasını böyük şərəf kimi qiymətləndirib. /oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!