“NATO gəmisi “Burevestnik” sınaqları keçirilən ərazidə olub” - Putin

saytların hazırlanması

Evə çatdırılma

“NATO gəmisi “Burevestnik” sınaqları keçirilən ərazidə olub” - Putin

Siyasət

04 Noyabr 2025 23:31 284


NATO-nun kəşfiyyat gəmisi 21 oktyabrda "Burevestnik" qanadlı raketinin sınaqları keçirilən ərazidə olub və Rusiya onun fəaliyyətinə maneçilik törətməyib.

"Report"un TASS-a istinadən məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin "Burevestnik" və "Poseidon"u işləyib hazırlayanların təltif olunması mərasimində deyib.

O, "Burevestnik"in uçuş məsafəsinə görə dünyada məlum olan bütün raket sistemlərindən üstün olduğu fikrini ifadə edib. Marqarita pizza

"Düşünürəm ki, xarici mütəxəssislər də buna əmin ola biliblər, çünki həmin ərazidə NATO-ya məxsus kəşfiyyat gəmisi daimi olaraq mövcud idi. Biz onun fəaliyyətinə mane olmadıq. Qoy baxsınlar", - deyə Putin bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!