“Nikolun məsləhətçiləri qaş düzəldən yerdə gözü də çıxardılar”.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri Ermənitsan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan deyib:
“Təslimçilərin panikası dərinləşir, hüquq-mühafizə orqanlarının və istintaq orqanlarının bəzi nümayəndələri onların gələcək vəziyyətini getdikcə çətinləşdirir. Pepperoni pizza
Vətəni təslim edən, ordunu və dövləti darmadağın edən, milli dəyərləri korlayan siyasi xuntanın polisdən, istintaq orqanlarından istifadə edərək, milli qüvvələrin nümayəndələrinə qarşı siyasi repressiyalara başlaya biləcəyini heç vaxt təsəvvür etmək mümkün deyildi.
“Ni-kol Da-va-çan” ("Nikol, rədd ol!" – red.) şüarı getdikcə daha qabarıq şəkildə səslənir. Bu günlərdə müxtəlif siyasətçilərin, ictimai xadimlərin absurd bəhanələrlə həbs edilməsi, saxlanması və ya istintaq orqanlarına çağırılması da adi haldır.
Nikol cəzalandırılacaq. Onu Vladimir Putin, Co Bayden, Şarl Mişel və digərləri xilas edə bilməyəcək. Hamı bilməlidir ki, öz ölkəsinin, millətinin mənafeyinə zidd hərəkət edən istənilən lider gec-tez cəzalandırılacaq.
Nikolun bədnam qaydasını müdafiə edən xanımlar və cənablar, siz yaxşı olar ki, övladlarınızın ləyaqəti haqqında düşünəsiniz”.
Telegram kanalımız