Putin Paşinyanla görüşəcək - Peskov açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Putin Paşinyanla görüşəcək - Peskov açıqladı

Siyasət

12 May 2022 14:13 246


Mayın 16-da Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin sammiti keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, tədbir KTMT-nin 30 illiyinə həsr olunub. Sezar pizza

"Bu, həm liderlərin görüşü, həm də onların işçi səhər yeməyi formatında ayrıca ünsiyyəti olacaq. Gözlədiyimiz kimi, bu tədbirin yekunlarından sonra jurnalistlərə KTMT-nin baş katibi Stanislav Zas və Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verəcəklər”, - deyə Peskov Ermənistanın hazırda təşkilata sədrlik etdiyini xatırladıb.

Sammit iştirakçıları işçi səhər yeməyi formatında görüşüb söhbət edəcəklər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!