Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla Qarabağ müzakirə edib.
Yenisabah.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Liderlər iqtisadi məsələləri də müzakirə ediblər. Putin ölkələr arasında ticarətin intensivləşdiyini qeyd edib. Dominos pizza
"Biz Qarabağ probleminin həllində birgə fəal işləməyə davam edirik. Üçtərəfli formatda, Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə. Bir çox məsələlər var. Sizinlə görüşmək və bütün komplekslər haqqında danışmaq imkanı əldə etdiyimə görə şadam", - deyə Putin əlavə edib.
Qeyd edək ki, Paşinyan Moskvaya KTMT-yə üzv ölkələrin liderlərinin sammitinə gəlib.
Telegram kanalımız