“Rusiya sülhməramlılarının iştirakı Dağlıq Qarabağda humanitar vəziyyəti yaxşılaşdırıb”
Yenisabah.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasının iclasında bildirib.
Dövlət başçısı qeyd edib ki, Rusiya sülhməramlıları, artıq bir ildir ki, Dağlıq Qarabağda sabitliyin qorunmasına yardım edir: pizza
“Onların səyi nəticəsində böyük dərəcədə humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonların əraziləri minalardan təmizlənib, sosial infrastruktur bərpa edilib, tarix və mədəniyyət abidələri qorunub saxlanılıb. Sülhməramlı qüvvələrimizə peşəkarlıqlarına və dözümlülüyünə görə təşəkkür edirəm”, - deyə V. Putin vurğulayıb.
Telegram kanalımız