“Putin səhərdən axşama qədər varis axtarır”

saytların hazırlanması

Evə çatdırılma

“Putin səhərdən axşama qədər varis axtarır”

Dünya

25 Oktyabr 2019 05:26 1347


Kremlin bir nömrəli təbliğatçısı, “Rossia Today” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov bildirib ki, prezident Vladimir Putin “səhərdən axşama” varis barədə düşünür.

“Putin özü dedi ki, o varis barədə səhərdən axşama qədər fikirləşir. Çünki onun üçün qapını çırpıb getmək və özündən sonra varis qoymamaq məsuliyyətsizlik olardı. Mən hesab edirəm ki, istənilən məsuliyyətli siyasətçi hakimiyyətin vərəsəliyini təmin etməlidir”,-Kiselyov bildirib.

Doğrudur, Kiselyov bu haqda Rusiya dövlət telekanalının efirində deyil, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri qarşısında deyib. O, Putinə söhbətinə istinad edərək prezidentin özünə varis hazırladığını bildirib, lakin potensial varisin adını çəkməyib. pizza hut

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Putinin səlahiyyət müddətinin bitməsinə hələ çox var və ona görə də varis barədə Kremldə heç kim fikirləşmir. Peskovun sözlərinə görə, ali dövlət postunda qalmaq məsələsində Putin yaşı deyil, Konstitusiyanı əsas götürür. Konstitusiyada isə prezident olmaq üçün son yaş məhdudiyyəti mövcud deyil.

Putinin prezidentlik müddəti 2024-cü ildə bitir. O, bir neçə dəfə həmin müddət bitəndən sonra yenidən prezident olub-olmayacağı (Konstitusiyanı dəyişdirmək hesabına) haqda sualla qarşılaşıb. Və hər dəfə qeyri-müəyyən cavablar verib.

Virtualaz.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!