Putin və Merkel arasında telefon danışığı - Miqrant mövzusu

saytların hazırlanması

Evə çatdırılma

Putin və Merkel arasında telefon danışığı - Miqrant mövzusu

Dünya

10 Noyabr 2021 17:45 657


Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında Belarusun Avropa İttifaqı ölkələri ilə sərhədində qanunsuz miqrantların toplanması ilə bağlı yaranmış vəziyyət ətraflı müzakirə olunub. pizza hut

Tərəflər miqrasiya böhranının humanitar nəticələrindən narahatlıq ifadə ediblər.

Rusiya Prezidenti Aİ-yə üzv dövlətlərin Minsklə birbaşa təmaslarında yaranan problemlərin müzakirəsini təşkil etməyi təklif edib.

Rusiya və Almaniya liderləri mövzu ilə bağlı müzakirələrin davam etdirilməsi barədə razılaşıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!