Putin və Netanyahu arasında telefon söhbəti - Kremldən bəyanat

saytların hazırlanması

Evə çatdırılma

Putin və Netanyahu arasında telefon söhbəti - Kremldən bəyanat

Dünya

16 Yanvar 2026 14:14 425


Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bəyanat yayıb,

Bəyanatda deyilir: "Yaxın Şərq və İrandakı vəziyyət müzakirə olunub".Mətbuat xidmətinin məlumatına görə, Putin "regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün siyasi və diplomatik addımların gücləndirilməsi lehinə fundamental yanaşmaları müəyyən edib". Dominos pizza

"Rusiyanın müvafiq vasitəçilik səylərini davam etdirməyə və bütün maraqlı dövlətlərin iştirak etdiyi konstruktiv dialoqun irəliləməsinə kömək etməyə hazır olduğu təsdiqlənib", - bəyanatda qeyd olunur.

Mətbuat xidməti əlavə edib ki, müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsi barədə razılığa gəlinib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!