Putin və Pezeşkian Türkmənistanda görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Putin və Pezeşkian Türkmənistanda görüşəcək

Siyasət

11 Dekabr 2025 01:06 592


Türkmənistanda İran və Rusiya prezidentləri Məsud Pezeşkian və Vladimir Putin arasında görüş planlaşdırılır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali məlumat verib.

Kremlin mətbuat xidməti çərşənbə günü bildirib ki, Putin Beynəlxalq Sülh və Etibar İli, Beynəlxalq Bitərəflik Günü və Türkmənistanın daimi neytrallığının 30-cu ildönümünə həsr olunmuş forumda iştirak etmək üçün cümə axşamı Aşqabada səfər edəcək. pizza sifarişi

"İran və Rusiya prezidentləri Aşqabadda görüşəcəklər",-deyə, səfir bildirib.

İran rəsmilərindən verilən açıqlamaya görə, Pezeşkian hazırda yerləşdiyi Qazaxıstana səfər etdikdən sonra forumda iştirak etmək üçün Türkmənistana gedəcək.

Türkmənistanın neytral statusu ilk dəfə 1995-ci ildə beynəlxalq səviyyədə tanınıb. 2017-ci ildə Türkmənistanın təşəbbüsü ilə BMT Baş Assambleyası dekabrın 12-ni Beynəlxalq Bitərəflik Günü elan edən qətnamə qəbul edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!