Putinin köməkçisi dövlət qulluğundan getdi – Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Putinin köməkçisi dövlət qulluğundan getdi – Səbəb

Dünya

25 Yanvar 2020 08:47 1154


Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkov dövlət qulluğundan istefa verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Siyasi Konyunktura Mərkəzinin direktoru Aleksey Çesnakov öz “Telegram” kanalında məlumat yayıb.

Aleksey Çesnakovun sözlərinə görə, Vladimir Surkovun bu qərarı Ukrayna istiqamətində gedişatın dəyişməsi ilə əlaqədar verilib. Vladimir Surkov söz verib ki, bu addımın səbəbləri və gələcək planları barədə bir ay ərzində məlumat verəcək. “Növbəti ay ərzində meditasiya ilə məşğul olacaq”, - deyə Aleksey Çesnakov öz bildirib. Sezar pizza

Vladislav Surkov 2013-cü ildən bəri Rusiya prezidentinin köməkçisidir. Abxaziya və Cənubi Osetiya ilə sosial-iqtisadi əməkdaşlıq, habelə Ukraynanın şərqindəki münaqişənin nizamlanması məsələlərinə nəzarət edib. Bundan əlavə, 2011-ci ildən Rusiya hökuməti sədrinin müavini, 2012-ci ildən isə Rusiya hökuməti aparatının rəhbəri vəzifələrində çalışıb. 2004-2008-ci illərdə də Prezidentin köməkçisi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!