Putinin Lavrova etibarını itib? - Peskovdan Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Putinin Lavrova etibarını itib? - Peskovdan Açıqlama

Siyasət

07 Noyabr 2025 17:50 318


Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov qərb və Ukrayna KİV-in xarici işlər naziri Sergey Lavrovun dövlət başçısının rəğbətini itirməsi barədə məlumatlarını təkzib edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb.

"Bu məlumatlarda heç bir şey həqiqətə uyğun deyil", - deyə o, brifinqdə sualı cavablandırarkən bildirib. pizza

Peskov qəzetlərin bu cür bəyanatlarını tam yalan adlandırıb. O vurğulayıb ki, Lavrov xarici işlər naziri vəzifəsini yerinə yetirməyə davam edir. Onun sözlərinə görə, XİN rəhbərinə etibarın itirilməsi barədə danışmağa heç bir əsas yoxdur.

Qeyd edək ki, KİV-də bu cür nəşrlərə səbəb Lavrovun noyabrın 5-də Rusiya prezidentinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi iclasda iştirak etməməsi olub. Bəzi nəşrlər bunu onun G20 sammitində Rusiya nümayəndə heyətinin tərkibindən çıxarılması ilə bağlı ola biləcəyini ehtimal ediblər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!