“Putinin mövqeyində heç bir dəyişiklik yoxdur“ - Almaniya kansleri

saytların hazırlanması

Evə çatdırılma

“Putinin mövqeyində heç bir dəyişiklik yoxdur“ - Almaniya kansleri

Siyasət

14 May 2022 12:24 142


Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə bu yaxınlarda telefon danışığı zamanı onun Ukrayna ilə bağlı mövqeyini dəyişmək istədiyi barəsində yenilikləri görmədiyini deyib. 

Yenisabah.az “T-Online”a istinadla xəbər verir ki, bu barədə Şolts müsahibəsində bildirib.

Kansler qeyd edib ki, Moskva Ukraynada hərbi əməliyyatlara başlamaqla göstərdiyi məqsədlərin heç birinə nail olmayıb. Marqarita pizza

Şolts deyib ki, Rusiyaya qarşı sanksiyaları ləğv etməyin yeganə yolu Moskva ilə Kiyev arasında sülh sazişinin imzalanmasıdır. O, Rusiyaya qoşunlarını Ukraynadan çıxarmağı çağırışını da təkrarlayıb.

Almaniya kansleri Finlandiya və İsveçin NATO-ya qoşulma ehtimalına da toxunaraq, bunun Şimali Atlantika Alyansını həmişəkindən daha güclü edəcəyini deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!