Putinin yeni hədəfləri:   növbədə bu ölkələr var

saytların hazırlanması

Evə çatdırılma

Putinin yeni hədəfləri: növbədə bu ölkələr var

Dünya

20 İyul 2026 18:54 1349


“Rusiyanın növbəti hədəfləri Baltikyanı ölkələr və Polşa ola bilər”.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas LRT telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Kremlə və Vladimir Putinə yeni eskalasiya, eləcə də yeni qələbə lazımdır və bu baxımdan Baltik regionu ilə Polşa ən yaxın hədəflər hesab olunur. Toyuqlu pizza

“Biz vəziyyəti qiymətləndiririk, Rusiyanın aqressiv ritorikasını, Baltik ölkələrinə qarşı əsassız ittihamlarını və təxribat xarakterli davranışını görürük. Litva öz addımları ilə Rusiyanı heç bir şəkildə təhrik etmir”, – deyə Kaunas vurğulayıb.

O əlavə edib ki, Litvanın müdafiə qabiliyyətinin və ordusunun gücləndirilməsi, həmçinin Qərb ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi Rusiya üçün təxribat kimi qiymətləndirilməməlidir./Globalinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!