Putinlə Uitkoff arasında 5 saatdan çox davam edən görüş yekunlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Putinlə Uitkoff arasında 5 saatdan çox davam edən görüş yekunlaşdı

Siyasət

03 Dekabr 2025 01:58 609


Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşü yekunlaşıb.

"Report"un məlumatına görə, görüş beş saatdan çox davam edib.

Məlumata görə, danışıqlardan sonra Uitkoff Kremli tərk edərək ABŞ səfirliyinə gedib. Marqarita pizza

Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev "X" hesabında görüşün məhsuldar keçdiyini yazıb.

Görüşdə Rusiya tərəfdən Putinin köməkçisi Yuri Uşakov və xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev, Amerika tərəfdən isə sahibkar, investor, "Affinity Partners" şirkətinin təsisçisi Jared Kuşner iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!