Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

saytların hazırlanması

Evə çatdırılma

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

Siyasət

30 Oktyabr 2025 15:13 11199


Xaricdə mühacir kimi yerləşərək, Azərbaycana qarşı informasiya savaşı aparan və milli dəyərlərə düşünülmüş surətdə hücum edən blogerlərlə bağlı müvafiq addımlar atılır.

Artıq Azərbaycan hüquq-mühafizə orqanları bu antimilli layihəni tamamilə aradan qaldırmaqda israrlıdırlar və bu şəxslərin ölkəyə gətirilməsi istiqamətində ciddi işlərə başlayıblar.

Bildirilib ki, həmin şəxslərin ölkəyə gətirilməsi üçün Avropanın hüquq sisteminə uyğun prosedurlar hazırlanır. Marqarita pizza

2018, 2019 və 2020-ci illərdə də Azərbaycan hüquq-mühafizə orqanları həmin şəxsləri cinayət əməllərinə görə beynəlxalq axtarışa vermişdi, ancaq Avropa ölkələrindən müsbət cavab almamışdı. Buna səbəb kimi sorğular zamanı həmin ölkələrin hüquq sisteminə uyğun boşluqlar buraxılması iddia edilir.

Axar.az-ın məlumatına görə, "söyüş blogerləri"nin nümayəndələrinin gətirilməsi üçün Avropanın hüquq sisteminə tam uyğun hüquqi proseduralar tamamlanmaqdadır.

Qeyd edək ki, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Qurban Məmmədov və digərlərinin Azərbaycana gətiriləcəyi ilə məlumatı millət vəkili Elman Nəsirov da təsdiqləyib. Millət vəkili TNS TV-yə müsahibəsində bildirib ki, həmin şəxslər Azərbaycana mütləq gətiriləcək, sadəcə zaman məsələsi var.

E.Nəsirov bu sözləri xüsusi əminliklə və vurğu ilə təkrarlayıb. Bu isə millət vəkilinin siyasi proqnozundan daha çox, hüquqi və siyasi proseslər haqda bilgisindən xəbər verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!