“Qaçqınkom“da vətəndaşlar qəbul edilib

saytların hazırlanması

Evə çatdırılma

“Qaçqınkom“da vətəndaşlar qəbul edilib

Sosial

30 Aprel 2019 13:48 715


Aprelin 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. 

“Yeni Sabah” xəbər verir ki, Dövlət Komitəsinin sədri əvvəlcədən qəbula yazılmış vətəndaşları fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Komitənin digər səlahiyyətli şəxslərinin də qəbuluna gələnlər fərdi qaydada qəbul olunublar. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib. Vətəndaşlar, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Vətəndaşların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!