Qadını zorlayıb sonra eyvandan atdılar   - Dəhşətli cinayətin təfərrüatı 

saytların hazırlanması

Evə çatdırılma

Qadını zorlayıb sonra eyvandan atdılar - Dəhşətli cinayətin təfərrüatı 

Kriminal

06 Aprel 2020 13:53 1344


Kirayə yaşadığı mənzildə qadını zorlayıb öldürən Zeynukov Samir Nərimanoviç Ali Məhkəməyə işin yenidən araşdırılmasını və barəsində çıxarılan hökmün dəyişdirilməsi ilə bağlı kassasiya şikayəti verib

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə 19 il azadlıdan məhrum edilən Samir Zeynikovun məhkəmə prosesinə Ali Məhkəməsinin hakimi Tahir Kazımov sədrlik edəcək. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəhşətli hadisəni törətmiş Dimitriy Razumniy 18 il və Samir Zenyukov isə 19 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə Səbail rayon Neftçilər prospektində yerləşən mənzildə baş verib. Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitriy Razumnıy ilə birgə yaşayıb. Onlar qadın tanışları Yelena Sandrandinovanı yaşadıqları mənzilə gətiriblər. Qadını döyüb və sonra təcavüz ediblər. Qadın bu səbəbdən ölüb. Daha sonra dostlar birlikdə qadının meyitini evin eyvanından həyətə atıblar. Yelena Sandrandinovanın meyitini qonşular aşkarlayıblar.  Dominos pizza

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!