"Martın 5-də Qarabağda baş verən atışmalar nəticəsində 5 nəfərin həlak olması ilə bağlı məlumatları ABŞ rəsmiləri izləyir".
Yenisabah.az “Voice of America”ya istinadla xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb.
Departamentin sözçüsü Ned Prays bildirib: “Biz martın 5-də Qarabağda baş verən, nəticədə 5 nəfərin öldüyü atışmalarla bağlı məlumatları izləyirik. Həlak olanların ailələrinə başsağlığı veririk. Münaqişənin hərbi həlli ola bilməz və mübahisələri həll etmək üçün gücdən istifadə qəbuledilməzdir. Sülhə nail olmağın yeganə yolu danışıqlar masası arxasında oturmaqdır. Qafqaz məsələləri üzrə baş məsləhətçi Lyüis Bono irəliyə doğru yeganə yolun birbaşa dialoq və diplomatiyadan keçdiyini vurğulamaq üçün regiondadır ”. Dominos pizza
N. Prays vurğulayıb ki, tərəflər özləri qərar verməlidir:
“Əslində, hər iki ölkə üçün vasitəçi deyil, tərəfdaşıq. Düşünürəm ki, həm sözlə, həm də əməllə iki ölkəni yaxınlaşdıra biləcəyimizi, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərdə əlavə irəliləyiş əldə etmək istəyimizi və arzumuzu göstərmişik”.
Dövlət Departamentinin sözçüsü əlavə edib:
“Bunu Moskva ilə rəqabət aparmaq üçün etmirik. Razılığa gəlmək və iki ölkə arasında davam edən münaqişəni həll etmək üçün edirik. Təəssüf ki, münaqişə martın 5-də olduğu kimi insan tələfatını davam etdirir. Bölgədə ancaq sülh və təhlükəsizlikdə maraqlıyıq. Bu həm də Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğundur”.
Telegram kanalımız