Zədə səbəbi ilə bir müddətdir ki, yaşıl meydanlardan uzaq düşən “Qalatasaray"ın ulduz futbolçusu Radamel Falkao zədəsini sağaldıb.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terim bu haqda bu barədə məlumat veriib. Kolumbiyalı hücumçu ilə görüşən təcrübəli mütəxəssis futbolçunun “Real”la (İspaniya) oyunda iştirak edə biləcəyini söyləyib.
Falkaonun bu həftə Super Liqada "Çaykur Rizəspor"la keçiriləcək matçda da iştirakj etmə şansı var. Lakin yekun qərar oyun günü veriləcək. pizza hut
Xatırladaq ki, Madrid “Real”ı ilə ev oyununu zədə səbəbindən buraxan 33 yaşlı futbolçunun komandası 0:1 hesabı ilə məğlub olub.
Telegram kanalımız