Türkiyənin "Qalatasaray" klubunun uzun müddətdir transfer etmək istədiyi kolumbiyalı futbolçu Radamel Falkao İstanbula gəlib.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı ulduz futbolçunu gətirən təyyarə bir qədər əvvəl İstanbula eniş edib.
Məlumata görə, hava limanında futbolçunu minlərlə azarkeş qarşılayıb. Dominos pizza
Qeyd edək ki, Falkaonun sabah "Qalatasaray"la rəsmi müqavilə imzalayacağı bildirilib.
Telegram kanalımız