“Qalatasaray”da zədəlilər sırasına daha bir futbolçu qoşulub.
"Yeni Sabah" xəbər verir ki, komandanın aparıcı üzvü Florin Andonenin minimum 10-12 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Klubun rəsmi saytı məlumat yayıb ki, Türkiyə Superliqasının 11-ci turunda səfərdə “Qaziantep”lə matçın (2:0) 11-ci dəqiqəsində zədələnərək meydanı tərk edən 26 yaşlı hücumçunun diz bağlarında yırtıq aşkarlanıb. Marqarita pizza
Rumınyalı forvard bu mövsüm son çempionun heyətində 9 oyunda 2 qol vurub.
Qeyd edək ki, Andonedən başqa Radamel Falkao, Əmrə Akbaba, Şənər Özbayraklı və Yunes Belhanda da zədə səbəbindən komandaya kömək edə bilmir.
Telegram kanalımız