“Qalatasaray” İkardi ilə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” İkardi ilə bağlı qərar verdi

İdman

10 Fevral 2025 15:47 401


"Qalatasaray" futbolçusu Mauro İkardini Superliqada iştirak ərizəsinə daxil etməməyi qərara alıb.

Yenisabah.az TRT Spor-a istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Lans"dan Pşemislav Frankovskini heyətinə qatmağa hazırlaşır.

29 yaşlı yarımmüdafiəçinin bu gün İstanbula gedəcəyi gözlənilir. Sezar pizza

"Qalatasaray" Superliqada əcnəbi futbolçu limiti ilə əlaqədar problem yaşamamaq üçün İkardini sifariş ərizəsinə daxil etməmək qərarına gəlib. 

Komandadan başqa bir futbolçunun ayrılmağı gözlənilmir. Ona görə də Türkiyə klubu argentinalı hücumçu ilə əlaqədar belə qərar qəbul edib.

Xatırladaq ki, ötən il Avropa Liqasının Liqa mərhələsinin "Tottenhem"lə matçında ağır zədə alan İkardinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələ də məlum deyil. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!