Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçirilməli olan "Qalatasaray" - "AZ Alkmaar" matçı təxirə salına bilər.
Yenisabah.az Sabah-a istinadla xəbər verir ki, İstanbuldakı sərt və qarlı hava şəraiti hökm sürür.
Klub oyunun keçirilməsi üçün "Rams Park" stadionunda işləri davam etdririr. Yeni quraşdırılan hibrid ot örtüyünü qorumaq istəyən "Qalatasaray" "AZ Alkmaar"la oyundan əvvəlki məşqini "Florya Metin Oktay Tesisleri"ndə edib. Sezar pizza
Meydanı hazır vəziyyətə gətirmək üçün işlər matç başlayanadək davam edəcək. İsitmə sistemi və işıqlar daim aktiv vəziyyətdə olacaq. Lakin Altay çovğunun oyunun gerçəkləşməsinə mane ola bilər.
Oyun təxirə salınsa, sabah keçiriləcək. Əgər sabah da görüş üçün əlverişli şərait olmasa, matç növbəti həftə təşkil ediləcək.
Telegram kanalımız