Qalmaqallı hakim vəzifəsindən azad olunub

saytların hazırlanması

Evə çatdırılma

Qalmaqallı hakim vəzifəsindən azad olunub

Sosial

13 May 2019 11:27 1716


Azərbaycanda bir çox qalmaqallı məhkəmə işlərinə baxmış, tanınmış ictimai-siyasi fəalların haqqında hökmlər çıxarmış Ənvər Seyidovun hakimlik fəaliyyətinə xitam verilib.

Məlumata görə, Ə.Seyidov yaş həddi ilə əlaqədar (martda 70 yaşı tamam olub-red.) təqaüdə göndərilib. Ə.Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. Bundan öncə o, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi olub. Ardınca Cəlilabad Rayon Məhkəməsinə sədrlik edib.

1994-99-cu illərdə həm də Mərkəzi Seçki Komissiyasının təftiş qrupunun rəhbəri olub. pizza hut

Ə.Seyidov akademik Ziya Bünyadovun qətlinə görə həbs olunanların işinə baxıb. Keçmiş müdafiə naziri Rəhim Qazıyevin, «Səidin dəstəsi» adıyla dövlət çevrilişinə cəhddə suçlanan 15 nəfərin, o cümlədən Səid Dadaşbəylinin haqqındakı hökmü də o çıxarıb. Onun son illərdə ən qalmaqallı hökmlərindən biri də gənc fəal Qiyas İbrahimov haqqında olub. Prokuror Qiyasın 9 il azadlıqdan məhrum edilməsini istədiyi halda, Ə.Seyidov ona daha ağır - 10 il həbs cəzası vermişdi.

Azadliq.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!