Qanunsuz ov edənlər cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz ov edənlər cəzalandırıldı

Maraqlı

19 Noyabr 2021 13:55 687


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Yenikənd su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yenisabah.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Seyfulla Rəcəbov və Lənkəran rayon sakini Nadir Məmmədov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

B.Məhəmmədov qeyd edib ki, ayrı-ayrı rayonların inzibati ərazisində isə qanunsuz ov edən Lənkəran rayon sakini Rauf Tağıyev və Xaçmaz rayon sakini Məzahir Niftəliyev saxlanılıb: “Faktlarla bağlı təqsirkar şəxslər barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”. Toyuqlu pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!