Qanunsuz silah saxlayan şəxs tutuldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz silah saxlayan şəxs tutuldu - Foto

Kriminal

13 Yanvar 2020 16:54 1146


Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a daxil olan verilən məlumata görə, rayonun Bəyimli kəndi ərazisində Ucar rayon sakini Əlimirzə Əliyev qanunsuz olaraq üzərində odlu silah saxlamaqda şübhəli bilindiyi üçün tutularaq Zərdab RPŞ-yə gətirilib. Onun əlindəki çantaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 1ədəd “TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı Ə.Əliyevə məxsus ov silahının müvafiq sənədlərinin olmadığı məlum olub. pizza sifarişi

Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!