Qapıda sıxlıq: “Yeni Klinika”da nə baş verib? - Video

saytların hazırlanması

Evə çatdırılma

Qapıda sıxlıq: “Yeni Klinika”da nə baş verib? - Video

Sosial

09 Dekabr 2025 13:20 603


"Yeni Klinika"da binası qarşısındakı qələbəliyin səbəbini açıqlayıb.

“Yeni Sabah”a xəbər verir ki, vətəndaşlar içəri daxil olmaq üçün növbə üstündə mübahisə ediblər.

Binanın girişdəki sıxlıq narazılığa və qarşıdurmaya səbəb olub. Toyuqlu pizza

"Yeni Klinika"dan “Yeni Sabah”ın sorğusuna belə cavabda bildirilib ki, növbə sıxlığı tibb müəssisəsində tətbiq olunan sistemlərdə hər hansı texniki nasazlıqdan qaynaqlanmır:

"Klinikada həkim qəbulu saat 9-da başlayır. Növbə sıxlığının tənzimlənməsi məqsədilə qeydiyyat prosesi 08:00-dan etibarən həyata keçirilir. Görüntülərdə yer alan vətəndaşlar isə qeydiyyatın başlanmasını gözləmək üçün Klinikanın qarşısına erkən saatlarda gələn şəxslərdir.

Bütün müəssisələrdə olduğu kimi, "Yeni Klinika"nın qapıları da 08:00-da açılır və vətəndaşlar növbəli şəkildə içəri buraxılır. Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım xidməti isə 7/24 rejimində fəaliyyət göstərir. Təcili hal olduğu təqdirdə vətəndaşlar birbaşa həmin şöbəyə müraciət edə bilərlər”.

Tibb müəssisəsi xatırladıb ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Yeni Klinika"da həm canlı, həm də onlayn növbə sistemi mövcuddur:

“Vətəndaşlar “E-tabib” mobil tətbiqini yükləyib qeydiyyatdan keçdikdən sonra seçdikləri həkim-mütəxəssis üçün onlayn növbə (randevu) əldə edə bilərlər. "Yeni Klinika" pasiyentlərə daha rahat, çevik və səmərəli xidmət göstərilməsi məqsədilə bütün prosesləri daima nəzarətdə saxlayır”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!