Qara kürü ixracımız artıb - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Qara kürü ixracımız artıb - RƏSMİ

İqtisadiyyat

17 Fevral 2025 11:01 308


2024-cü ildə Azərbaycandan 1 milyon 242.5 min ABŞ dolları dəyərində 1200 kq nərə balığının kürüsü ixrac edilib.

Yenisabah.az “APA-Economics”ə istinadla xəbər verir ki, , ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac olunan kürünün həcmi 85% və ya 550 kq, dəyəri isə 2.1 dəfə və ya 655.3 min ABŞ dolları artıb.

Hesabat dövründə 1 kq qara kürünün orta ixrac qiyməti 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 1760 manat təşkil edib. Toyuqlu pizza

Qara kürü əsasən Birləşmiş Ərəb Əmirliklərinə (540 kq), Amerika Birləşmiş Ştatlarına (380 kq), Qazaxıstana (40 kq), Çinin xüsusi inzibati rayonu Honkonqa ( 30 kq), Sinqapura (20 kq), Yaponiyaya ( 20 kq), Almaniyaya ( 20 kq) və Səudiyə Ərəbistana (10 kq) ixrac edilib. Hesabat dövründə bu məhsul Birləşmiş Ərəb Əmirliklərinə 1712 manata, Amerika Birləşmiş Ştatlarına 1347 manata, Qazaxıstana 3400 manata, Səudiyə Ərəbistana 3855 manata, Sinqapura 3423 manata, Yaponiyaya 1100 manata, Almaniyaya isə 2190 manata satılıb.

Xatırladaq ki, bu dövrdə Azərbaycana Çindən 2 milyon 148.2 min ABŞ dolları dəyərində 7160 kq qara kürü idxal edilib. Bu məhsulun idxal qiyməti isə 510 manat təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!