“Qarabağ” 3 milyon 870 min avro əldə etdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” 3 milyon 870 min avro əldə etdi

İdman

12 Dekabr 2019 21:29 1428


Avropa Liqasının qrup mərhələsinin VI turu Azərbaycan çempionu “Qarabağ”ın büdcəsini daha da zənginləşdirib.

"Yeni Sabah" xəbər verir ki, Bakıda keçirilən matçda Lüksemburq təmsilçisi “Düdelanj”a qalib gələn Ağdam klubu 190 min avro əldə edib. 

Qrup mərhələsini 1 qələbə və 2 heç-heçə ilə başa vuran “Qarabağ” 950 min qazanc götürüb. Bu mərhələyə vəsiqə qazanmaqla komanda 2 milyon 920 min avro qabağa düşüb. Bu isə o deməkdir ki, qrup mərhələsində iştirakdan başlayaraq komanda 3 milyon 870 min avro əldə edib. pizza hut

Qeyd edək ki, qrup mərhələsinin oyunlarında qalib gələn komanda 570, heç-heçə edənlər 190 min avro qazanıb. /apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!