Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.
“Yeni Sabah” xəbər verir ki, turnirdə ölkəmizi təmsi edən yeganə klubumuz “Qarabağ” da cavab matçına çıxıb. Ağdam təmsilçisi Bakıda Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edib.
Qurban Qurbanovun komandası 2:1 hesablı qələbə qazanıb.Hesabı 6-cı dəqiqədə Xayme Romero açıb, 88-ci dəqiqədə Abdullah Zubir fərqi daha da artırıb. Rəqibin futbolçusu Şeyn Leyveri 90+3-da qapımıza yol açsa da, bu onların xeyrinə olmayıb. Beləliklə, "Qarabağ" beşi Avroliqada, biri isə Çempionlar Liqasında olmaqla ardıcıl 6-cı dəfə qrup mərhələsində oynayacaq. Toyuqlu pizza
Oyundan video icmalı təqdim edirik:
Telegram kanalımız