“Qarabağ” APOEL matçı sülhlə bitdi   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” APOEL matçı sülhlə bitdi - Yenilənib

İdman

24 Oktyabr 2019 20:50 1044


Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunlarına start verilib

“Yeni Sabah” xəbər verir ki, turnirdə ölkəmizin təmsil edən "Qarabağ" da növbəti matçına çıxıb. “Köhlən atlar” Bakıda Kiprin APOEL klubunu qəbul edib. Erkən qolla irəli keçən komandamız daha sonra 2 qol buraxıb və fasiləyə məğlub yollanıb. İkinci hissədə Ailtonun vurduğu qolla hesabı bərabərləşdirən "Qarabağ" matçın sonuna kimi çox çalışsa da, qələbə qolunu vura bilməyib

Qeyd edək ki, cari mövsüm UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Ağdam klubu məhz bu komanda ilə qarşılaşmışdı. Amma səfərdə 2:1 hesablı qələbə qazanan təmsilçimiz Bakıda 0:2 hesabıyla uduzaraq ÇL-dən kənarda qalmışdı. pizza

24 oktyabr

Avropa Liqası

A qrupu

20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 2:2 

Qol: D.Kintana, 13, Ailton, 59 - İoannou, 29, Hallenius, 45

Hakimlər: Filip Qlova, Ona Frantişek Ferenç, Yan Pozor, Peter Ziemba (hamısı Slovakiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!