Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – APOEL oyununda azarkeşlər üçün sürpriz gözlənilir.
“Yeni Sabah”a verilən məlumata görə, Ağdam klubu Türkiyənin Bursa şəhərindən 30 min bayraq sifariş edib. Bayraqlar “Qarabağ” azarkeşlərinə matça giriş zamanı paylanılacaq.
Adımın atılmasına səbəb kimi “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (1:4) oyununda bir qrup erməni tərəfindən qondarma Dağlıq Qarabağ bayrağının dronla açılması göstərilir. Sezar pizza
Qeyd edək ki, “Qarabağ” – APOEL matçı 24 oktyabr Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşma yerli vaxtla 20:55-də başlayacaq.
Naibə
Telegram kanalımız