“Qarabağ” – APOEL matçının biletləri sabahdan satışa çıxarılacaq.
“Yeni Sabah” klubun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın biletləri sabah 12:00-dan etibarən satışda olacaq. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 AZN-dir.
Biletlərin satış məntəqələri: Sezar pizza
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)
Qeyd edək ki, “Qarabağ” – APOEL matçı oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionda keçiriləcək. Matça saat 20:55-də start veriləcək.

Telegram kanalımız