“Qarabağ” Azərbaycanın reytinqini artırdı 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” Azərbaycanın reytinqini artırdı 

İdman

25 Oktyabr 2019 09:44 806


Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçirilən oyunlardan sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, təmsilçimiz "Qarabağ"ın dogma meydanda APOEL-lə heç-heçəsi (2:2) Azərbaycana 0,250 xal qazandırıb. Bu da Azərbaycanın cari mövsümdəki əmsalını 3,125-ə yüksəldib. Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,500 xal olub.

Hazırda Azərbaycan bu xalla Avropada 26-cı sırada qərarlaşıb. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!