“Qarabağ Azərbaycanındır, onun mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz“

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ Azərbaycanındır, onun mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz“

Siyasət

05 Oktyabr 2019 12:45 1040


"Ermənistanın baş naziri N.Paşinyanın təxribatçı və sərsəm bəyanatı Azərbaycanın Prezidenti İlham Əliyevin sərt və qəti bəyanatı ilə darmadağın edildi”.

"Yeni Sabah" xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ə. Əhmədov qeyd edib ki, Qarabağ Azərbaycandır, tarixin təsdiq, beynəlxalq hüququn və birliyin qəbul etdiyi bu məntiqlə razılaşmamaq mümkün deyil: “Qarabağ Azərbaycanındır, Azərbaycan xalqına mənsubdur. Onun mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz və dəyişdirilməyəcək. Buna Azərbaycan xalqı, onun ordusu və Ali Baş Komandanı İlham Əliyev imkan verməz. Avantürist bəyanatın qarşısına ədalətli və sərt bəyanat qoyuldu. İşğalçı siyasətin aqibəti də beləcə xalqımızın iradəsi və ordumuzun qüdrəti ilə sona çatacaq”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!