Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ” səfərdə “Düdelanj”la (Lüksemburq) qarşılaşacaq.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov “Yeni Sabah”a açıqlamasında oyunda iştirak edə bilməyəcək futbolularını adını açıqlayıb. Belə ki, yarımmüdafiəçilər Xayme Romero və Filip Ozobiç zədə səbəbi ilə Lüksemburqa yollanmayacaqlar. Lakin digər futbolçuların hər biri səfərdə iştirak edəcək. Oyun günü isə mikro-zədəli futbolçulardan kimin meydana çıxıb-çıxmayacağı dəqiqləşəcək.
Qeyd edək ki, ispan yarımmüdafiəçi Xayme Romero Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən “Zirə” ilə matçda zədələnib. Xorvatiyalı futbolçu Ozobiç isə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə keçirdikləri cavab oyununda xəsarət alıb və hələ də zədəsini sağaltmayıb. Onun mövsümün sonuna kimi yaşıl meydanlardan uzaq qalacağı deyilir. Marqarita pizza
Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” qarşılaşması oktyabrın 3-də keçiriləcək.
Naibə
Telegram kanalımız