“Qarabağ”ın futbolçusu Simeon Slavçev komandadan ayrılmağa yaxındır.
“Yeni Sabah”ın xəbərinə görə, bolqarıstanlı yarımmüdafiəçi karyerasını öz ölkəsində davam etdirə bilər.
Bolqarıstan millisinin Avro-2020-nin seçmə mərhələsindəki son oyununda iştirak üçün yığmanın düşərgəsinə yollanan S.Slavçev “Levski” klubu ilə anlaşıb. Onun qış transfer dönəmində Azərbaycan çempionundan ayrılacağı rəsmiləşəcək. pizza
Qeyd edək ki, Slavçev ötən ilin yayından Ağdam klubunda çıxış edir. O, 39 oyunda iştirak edib, 2 qol vurub.

Telegram kanalımız