“Qarabağ“ bu gün 2 oyun keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ bu gün 2 oyun keçirəcək

İdman

29 İyun 2022 11:24 765


Çempionlar Liqasına Avstriyada hazırlaşan "Qarabağ" bu gün 2 yoxlama matçı keçirəcək.

Yenisabah.az  xəbər verir ki, Qurban Qurbanovun komandası günün ilk oyununda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Holştayn Kiel"lə üz-üzə gələcək.

"St. Ulrix" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Pepperoni pizza

İkinci rəqib isə Rumıniyanın yüksək liqa təmsilçisi “Universitatya Krayova” olacaq.

"Yenbax" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Bu, "Qarabağ"ın Avstriya toplanışında sonuncu matçı olacaq.

Qeyd edək ki, Ağdam klubu ilk yoxlama oyununda "Botoşani"ni (Rumıniya) 4 cavabsız qolla məğlub edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!