Misli Premyer Liqasının XXXII turunda bu gün daha iki oyun keçiriləcək.
Yenisabah.az xəbər verir ki, turun mərkəzi görüşü "Bank Respublika Arena" baş tutacaq.
"Sabah" - "Qarabağ" duelində Azərbaycan çempionunun adına aydınlıq gələ bilər. 76 xalla turnir cədvəlinə başçılıq edən Ağdam təmsilçisi bu oyunda məğlub olmayacağı təqdirdə qızıl medalları vaxtından əvvəl özü üçün təmin edəcək. pizza mizza
"Səbail" isə "Araz-Naxçıvan"ı qəbul edəcək.
"ASCO Arena" keçiriləcək qarşılaşma saat 17:30-da start götürəcək.
Telegram kanalımız