“Qarabağ” Çempionlar Liqasının pley-offunda

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” Çempionlar Liqasının pley-offunda

İdman

09 Avqust 2022 23:56 1996


Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Macarıstanda “Ferentsvaroş”la qarşılaşıb.

Bakıdakı ilk oyunda 1:1 hesabı ilə heç-heçə edən Ağdam təmsilçisi cavab görüşündə 3:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib. Pley-offda təmsilçimiz “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq. İlk görüş Bakıda keçiriləcək. Toyuqlu pizza

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.

 

9 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

22:00. "Ferentsvaroş" (Macarıstan) - “Qarabağ” (Azərbaycan) - 1:3

Qollar:  Traore, 86 - Abdullah Zubir, 7, İbrahima Vadji, 54, 78

Baş hakim: Karlos del Serro Qrande (İspaniya)

Budapeşt. “Ferensvaroş” stadionu

İlk oyun – 1:1


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!