“Qarabağ“ dəstəksiz qalacaq?

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ dəstəksiz qalacaq?

İdman

11 Dekabr 2019 10:04 1253


"Qarabağ" sabah -12 dekabr Avropa Liqasınının sonuncu 6-cı turu çərçivəsində doğma meydanda "Düdelanj"ı (Lüksemburq) qəbul edəcək. Lakin oyuna maraq azdır.

"Yeni Sabah" xəbər verir ki, bunu satılan biletlərin sayına əsasən deyə bilirik. Hazırda 7 min bilet satılıb. Tofiq Bəhramov adına Respublika stadionun 31.200 azarkeş tutumuna malik olduğunu da nəzərə alsaq, azarkeşlərin az olduğunu görərik. 

Azarkeşlər üçün bu qarşılaşmanı maraqsız edən məqam isə, Ağdam təmsilçisinin 1/16 mərhələyə vəsiqə qazana bilməməsidir.  Baxmayaraq ki, növbəti mərhələ şansını itirən "Qarabağ" və "Düdelanj" üçün bu oyun formal xarakter daşıyır, amma təmsilçimiz Lüksemburq təmsilçisinə qalib gələrək ölkəmizin UEFA-dakl xalını artıra bilər. Bu baxımdan bu oyun da əslində, bizim üçün önəmlidir.  Dominos pizza

Qeyd edək ki, oyun dekabrın 12-si saat 21:55-də başlayacaq. 

Xatırladaq ki, biletləri aşağədakı satış məntəqələrindən əldə etmək mümkündür:

"Qarabağ" FK fan-şop (Park Bulvar)

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

ASAN Sumqayıt

İticket.az (onlayn) 

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!