“Qarabağ” səfərdə asan qələbə qazandı   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” səfərdə asan qələbə qazandı - Yenilənib

İdman

03 Oktyabr 2019 23:22 1317


Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycanın bu avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” növbəti matçına çıxıb. Qurban Qurbanovun komandası səfərdə Lüksemburqun “Düdelanj” klubu ilə üz-üzə gəlib. Oyun 4:1 hesabı ilə komandamızın qələbəsi ilə başa çatıb.  "Qarabağ"ın 2-ci qolundan sonra stadionda təxribat törədilib. Dron vasitəsi ilə seperatçı rejim qondarma Dağlıq Qarabaq bayrağı meydana çıxarılıb. 25 dəqiqəyə yaxın fasilədən sonra stadionda anons verilib və siyasi təxribata görə üzr istənilib. Daha sonra futbolçular meydana qayıdıblar. Komandamız 4:1 hesablı qələbə ilə bu təxribata layiqli cavab verib.

Avropa Liqası Marqarita pizza

A qrupu

3 oktyabr

23:00. “Düdelanj” – “Qarabağ” - 1:4

Qol: Zubir, 11, Miçel, 30, Almeyda, 37(pen), Dani, 68 - Bernier, 90

Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).

Lüksemburq. “Jozi Bartel” stadionu.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!