Azlıqda qalan “Qarabağ” son dəqiqədə məğlubiyyətdən xilas oldu -   Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Azlıqda qalan “Qarabağ” son dəqiqədə məğlubiyyətdən xilas oldu - Yenilənib

İdman

12 Dekabr 2019 20:47 1443


Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

"Yeni Sabah" xəbər verir ki, təmsilçimiz “Qarabağ” da qrupda oyuna çıxıb. Bu Ağdam klubunun bu mövsüm turnirdəki son oyunu olub. 

"Qarabağ" Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda “Düdelanj”ı (Lüksemburq) qəbul edib. Hər iki komanda pley-offa vəsiqə şansını itirdiyinə görə, bu qarşılaşma formal xarakter daşıyıb. 

"Ağ-göylər" Lüksemburqdakı matçda rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.  "Qarabağ"  bu dəfə də üç xal qazanmaqla turniri qələbə ilə başa vurmaq və ölkənin reytinq xalını artırmaq istəsə də, ikinci hissənin əvvəlində Qara Qarayevin komandanı azlıqda qoyması bütün planları pozub. Bu azmış kimi "Qarabağ" 63-cü dəqiqədə qapısında qol görüb. Matçın sonuna qədər azlıqda qalsa da, tarazlığı bərpa etməyə çalışan təmsilçimiz son dəqiqələrdə buna nail olub. Maqaye Qeye "Qarabağ"ı məğlubiyyətdən xilas edib.  pizza

A qrupunun digər oyununda isə pley-offa vəsiqəni təmin edən  APOEL və "Sevilya" üz-üzə gəlib. Matç kiprlilərin minimal üstünlüyü ilə başa çatıb.

12 dekabr

UEFA Avropa Liqası

Qrup mərhələsi

6-cı tur 

A qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) - 1:1 

Qol: M.Qeye, 90+1 - S.Buqren, 63

Baş hakim: Kristo Tohver (Estoniya)

Bakı.Tofiq Bəhramov adına Respublika Stadionu

21:55. APOEL (Kipr) – “Sevilya” (İspaniya) - 1:0 

Qol: V.Saviç, 61


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!