“Qarabağ” erməni təxribatına belə cavab verəcək – Foto 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” erməni təxribatına belə cavab verəcək – Foto 

İdman

24 Oktyabr 2019 13:51 1173


Bir neçə gün öncə özəl olaraq xəbər vermişdik ki, “Qarabağ” – APOEL mtçında tribunalara 30 min bayraq düzələcək. Bu xəbərimiz də artıq təsdiqini tapıb.

“Yeni Sabah”ın məlumatına görə, hazırlıq işləri artıq sona çatıb. 30 min bayraq tribunalara düzülüb. Matça olan biletlərin çox hissəsinin satıldığını nəzərə alsaq, oyunda böyük anşlaq olacağını deyə bilərik.

Ağdam təmsilçisinin bu addımı atmasına səbəb “Düdelanj”la (Lüksemburq) qarşılaşmada (1:4) meydança üzərində dronla qondarma “Dağlıq Qarabağ Respublikası” bayrağının açılması olub. Klubun bununla erməni təxribatına cavab verəcəyi deyilir.  pizza hut

Xatırladaq ki, eyni hal APOEL-lə Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü turunda səfərdə yaşanmışdı. Belə ki, klubun erməni azarkeşləri tribunada Qondarma Dağlıq Qarabağ bayrağını açmışdı. 

Maraq üçün əlavə edək ki, bu “Qarabağ”ın APOEL-lə 3-cü qarşılaşmasıdır. ÇL-nin 3-cü təsnifat mərhələsində üz-üzə gələn komandalardan nəticəyə sevinən tərəf Kipr təmsilçisi olub. “Narıncılar” dogma meydanda 1:2 hesabı ilə məğlub olsa da, Bakıda keçirilən görüşdə 0:2 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlamağı bacarıb. Lakin play-off-da “Ayaks”a (Hollandiya) uduzaraq bu illik qitənin ən nüfuzlu turniriə vida etməli olub. Avropa Liqasında yoluna davam edən klub püşkatmada yenidən “Köhlən atlar”a rəqib olub. Hazırda xal toplaya bilməyən APOEL son pillədə qərarlaşıb. “Qarabağ” 3 xalla 2-cidir. Cədvələ 6 xalla “Sevilya” (İspaniya) rəhbərlik edir. “Düdelanj” isə 3 xalla 3-cü sırada qərarlaşıb. Bu gün keçiriləcək “Qarabağ” – APOEL matçı prinsipial xarakter daşıyır. 20:55-də start götürəcək qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 

Naibə Məmmədova



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!