Qarabağ erməniləri Bakıdan yanacaq istədilər 

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ erməniləri Bakıdan yanacaq istədilər 

Maraqlı

21 Sentyabr 2023 16:16 537


Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri Yevlax görüşündə rəsmi Bakının təmsilçisindən onlara yanacaq verilməsini istəyiblər. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb. 

Qarabağ ermənilərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər.  pizza

Bundan başqa, onlar qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. 

Yevlaxda keçirilən görüşdə erməniləri Sergey Martirosyan və David Melkumyan təmsil edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!